“Neftin qiyməti hazırkı intervalda dəyişəcəyi halda xərclər olduğu kimi saxlanılacaq”

Rövşən Ağayev: “Kritik vəziyyətlərdə ixtisar üçün hökumətin manevr imkanları var”

""Büdcə sistemi haqqında" Qanunun 7-ci maddəsinə görə, əmək haqqı, pensiya, sosial müavinətlər və ödəniş, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər müdafiə olunan xərclərdi. Yəni bu xərclərə büdcə ili ərzində ixtisar tətbiq oluna bilməz". "Olaylar"ın məlumatına görə, iqtisadçı-ekspert Rövşən Ağayev belə bir fikirlə çıxış edib. "2015-ci ildə bu xərclərin ümumi məbləği təxminən 6.3 milyard manatdı: öz növbəsində əmək haqqı xərcləri 3.4 milyard manat, sosial müdafiə xərcləri 1.8 milyard manat, dövlət börclarının ödənilməsi ilə bağlı xərclər 1 milyard manatdır. Deməli, neftin ehtimal olunan ən aşağı qiyməti şəraitində belə hökumət 21.1 milyardlıq büdcə xərcinin 6.3 milyard manatını (30%-i) mütləq maliyyələşdirməlidi" - deyə ekspert qeyd edib. R.Ağayev bildirib ki, neftin qiymətinin hazırkı 50-55 dollar intervalında dəyişəcəyi tədqirdə büdcə ilə bağlı xərclər olduğu kimi saxlanılacaq: "Bu halda Neft Fondunun büdcəsi proqnozlaşdırılan 10.2 milyard manat gəlirə qarşı ən yaxşı halda 6 milyard manat gəlirə malik olur, hökumət isə büdcəyə Fonddan köçürülməli olan 10.3 milyard manatı tam ödəmək üçün Fondun əvvəlki illərdə formalaşan ehtiyatlarından da əlavə olaraq 4 milyard manat dövlət büdcəsinə cəlb edir; 2) İl ərzində neftin qiyməti indiki həddə qalır və hökumət müdafiə olunmayan 14.8 milyardlıq hissə hesabına xərclərdə ixtisar aparır, uyğun məbləğdə Neft Fondun transfertlərinin həcmi də azaldılır və Fondun ehtiyatlarına əl atmağa ehtiyac qalmır. Kritik vəziyyətlərdə ixtisar üçün hökumətin manevr imkanları var. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin çox kiçik hissəsi - cəmi 25%-i "toxunulmaz fond" adlandırılan əmək və sosial müdafiə xərclərinin payına düşür". Ekspert qeyd edir ki, son 10 ildə büdcədən daha çox toxunula bilinəcək xərclərə pay ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31