“Yem və otun qiyməti artıb”

Vahid Məhərrəmov: “Bahalaşma maldarlıqla məşğul olan kəndliləri, fermerləri çətin durumda qoyub”

"Bölgələrdə mal yeminin, otun qiyməti sıçrayışla artıb". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Vahid Məhərrəmov çıxış edib. "Hətta bir sıra rayonlarda otun, küləşin satış qiyməti iki dəfədən çox artıb. İndi 1 ədəd yonca kipi 5 manata, təbii ot kipi 4 manata, küləş kipi isə 3 manata satılır. Yem məhsullarının bahalaşması maldarlıqla məşğul olan kəndliləri, fermerləri çətin durumda qoyub. Bu xərci qarşılamaq imkanı olmayan fermerlər heyvanları dəyər-dəyməzə satmaq və yaxud kəsimə vermək məcburiyyətində qalıblar. Xüsusən İsmayıllı rayonun İvanovka kəndində vəziyyət olduqca acınacaqlıdır. Belə ki, kolxoz sədrinin dediyinə görə, yalnız küləşdən ibarət olan yem ehtiyatı təsərrüfatın təlabatını fevral ayının 15-nədək ödəyəcək. Yem çatışmazlığı heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın azalmasına, mal-qaranın zəifləməsinə, heyvanlar arasında xəstəliklərin geniş yayılmasına və tələf olmasına səbəb olacaq" - deyə V.Məhərrəmov qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31