Keçən il Ceyhan limanından 29 milyon 127 min 245 ton neft ixrac olunub
7 Yanvar 2015 16:46 İqtisadiyyatÖtən ilin dekabr ayında Ceyhan limanından 2,7 milyon ton neft dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bu həcmin 2 milyon 194 min 300 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 milyon 127 min 245 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 262 milyon 271 min 159 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31