BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Ötən ilin dekabr ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, ötən ilin dekabr ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql edilib. 2014-cü ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 462 min 950 ton Azərbaycan nefti nəql olunub. Ötən ilin yanvar-dekabr aylarında isə bu kəmərlə 28 milyon 508 min 192 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il yanvar ayının 1-ə qədər BTC-yə 263 milyon 649 min 785 ton neft vurulub. Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə ümumilikdə 644 min 134 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31