Azərbaycanlı mütəxəssislər Kabil aeroportunun işlədilməsində iştirak edəcəklər
7 Yanvar 2015 14:27 İqtisadiyyatAzərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə birlikdə Kabil beynəlxalq aeroportunun işlədilməsində iştirak edəcəklər. Bu barədə Trend çərşənbə günü Türkiyənin "Teknokule" qəzetinə istinadən xəbər verir. Kabil beynəlxalq aeroportunun işlədilməsində 90 azərbaycanlı mütəxəssis iştirak edəcək. Burada, həmçinin Albaniya və Makedoniyadan olan mütəxəssislər də çalışacaqlar. Kabil beynəlxalq aeroportunun bütün istismar xərclərini Türkiyə tərəfi öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31