“Neft Rusiyanın ağ bayraq qaldırmasınadək ucuzlaşacaq”
Natiq Cəfərli: “ABŞ və Şimali Amerikada slans nefti bumu davam edir, o dövrdə bunun heç adı belə yox idi”
6 Yanvar 2015 14:06 İqtisadiyyatİqtisadçı-ekspert Natiq Cəfərli neftin ucuzlaşmasının Azərbaycana təsirindən danışıb. O, bildirib ki, 2014-cü ildə brent markalı neftin ortalama qiyməti 100 dollar oldu, yəni, ölkə hələ 2014-cü ildə ciddi itki vermədi. "100 dollar da nəzərdə tutulmuşdu. 2) 2015-ci ildə hasilat ölkədə 580-600 min barel civarında olacaq. 3) Azərbaycanın 2015-ci il büdcəsinin gəlirləri 19,5 mlrd. manat, xərcləri isə 21,1 mlrd. manat nəzərdə tutulub. 4) Neft Fondunun gəlirləri icmal büdcədə 90 dollardan hesablanıb, 2015-ci ilin ortalama qiyməti bundan aşağı olması gözlənilir. 5) 2015-ci ildə, 2008-də dünyada olan böhran yoxdur, tam tərsi, ucuz neft qiymətləri dünyada neft istehlak edən ölkələrə dəstək olur, hesablamalara görə neft ortalama 60 dollar olsa, dünya ÜDM-i 0,5% daha çox artacaq. 6) ABŞ və Şimali Amerikada slans nefti bumu davam edir, 2008-ci ildəki böhranda bunun heç adı belə yox idi. 7) Nəhayət, 2015-ci ildə Qərb - Rusiya qarşıdurması var və bu proses Rusiyanın ağ bayraq qaldırmasına qədər davam edəcək" - deyə N.Cəfərli qeyd edib. ("OLAYLAR İA")