Şahzadə Diananın vəsiyyəti dərc edildi

Böyük Britaniya Milli Arxiv İdarəsi öz rəsmi saytında təxminən 41 milyon vəsiyyətnamə dərc edib. Tarixi sənədlər arasında krallığın sabiq baş nazir Uinston Çörçillin, yazıçı Alan Milnenin və Şahzadə Diananın da vəsiyyətnamələri var. Saytda vəsiyyətnamələrlə tanış olmaqla yanaşı, həmçinin sənədin rəqəmli surətini yükləmək imkanı təklif olunur. Sözügedən sənədin hazırlanması üçün on gün vaxt və xidmət haqqı olaraq 16 dollar tələb olunur. Onlayn-arxiv minlərlə britaniya sakininə itkin düşmüş qohumlarını tapmaq və öz ailəsinin tarixini izləmək imkanı yaradır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31