Azərbaycanda ən böyük neft emalı zavodu ləğv edildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Azneftyağ" neft emalı zavodunu ləğv edib. ARDNŞ "Azərneftyağ" Neft Emalı Zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı zavodu ilə birləşdirildiyini elan edib. Olaylar"-ın məlumatına görə, bunu ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov dekabrın 25-də keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, neft emalı zavodlarının fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb edirdi və bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31