“Azərbaycan neftinin orta aylıq qiyməti 70 dollar təşkil edib”
Samir Əliyev: “London birjasında fevral ayı üzrə fyuçers kontraktlarının bağlanmasına başlanıb”
17 Dekabr 2014 16:07 İqtisadiyyat"Dekabrın 17-dən başlayaraq London birjasında fevral ayı üzrə fyuçers kontraktlarının bağlanmasına başlanıb". Bu barədə məlumatı iqtisadçı-ekspert Samir Əliyev verib. "Yanvar ayı üzrə neft satışına başlananda "qara qızıl"ın hər barreli təxminən 78 dollara satılırdı. Dünən sonuncu kontrakt 60 dollarla bağlanıb. Yəqin ki, orta aylıq qiymət ən çoxu 70 dollar təşkil edib. Yəni yanvar ayında neftimizi dövlət büdcəsindəki 90 dollara rəğmən 70 dollara satdıq. Bu gündən başlayaraq fevral ayı üzrə neftimizi satmağa başlamışıq və qiymət hazırda 60 dollardır" - deyə S.Əliyev qeyd edib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31