“Benzinin qiyməti ensə ucuzlaşma olacaq” – Azərbaycanda

Natiq Cəfərli: “Kənd təsərrüfatı malları istehsalının və bazarlara çatdırılmasının maya dəyərində 40-45%...”

"Dünya bazarında neftin ucuzlaşmasına paralel olaraq, Azərbaycanda benzinin qiyməti enməlidir". "Olaylar"-ın məlumatına görə, belə bir fikirlə iqtisadçl-ekspert Natiq Cəfərli çıxış edib. "Neftin ucuzlaşması yerli bazarda yanacağın qiymətlərinə də təsir etməlidir. Bu digər sahələrə də təsir edəcək, ucuzlaşma olacaq. Kənd təsərrüfatı malları istehsalı və bazarlara çatdırılmasının maya dəyərində 40-45% yanacağın qiyməti dayanır, neftin dünyada qiymətinin enməsini hiss edə bilsək, yanacaq qiyməti ensə, kənd təsərrüfatı malları da ucuzlaşardı. Nəqliyyatda (hava və avtomobil) maya dəyərinin 30-35%-ni yanacaq təşkil edir, yanacağın qiymətinin enməsi gediş haqlarını, uçaq biletlərini ucuzlaşdırardı. Elektik enerjisinin alınmasında neft-qazın maya dəyərində payı 50%-ə yaxındır, neftin qiymətinin dünyada enməsini hiss edə bilsəydik, elektrik enerjisi də ucuzlaşardı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31