“Azərbaycana ət və süd idxalı artıb”

Vahid Məhərrəmov: “Keçən ilin müvafiq dövrünə nisbətən diğər heyvandarlıq məhsulları, süd məhsulları, quş yumurtası....”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov 2014-cü ilin 11 ayına dair xarici ticarətin gömrük statistikasının açıqlanması barədə məlumat verib. V.Məhərrəmovun sözlərinə görə, statistikadan əvvəki illərdə olduğu kimi ölkənin əsas qida məhsullarına olan təlabatı idxaldan aslı olaraq qaldığı məlum olub. Ekspert qeyd edib ki, əsas mal və məhsullar üzrə ət, süd idxalının dəyəri əvvəlki illərə nisbətən çox ciddi şəkildə artıb: "Belə ki, əsasən kəsim üçün idxal olunan heyvanların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 36,19 faiz artmışdı. Keçən ilin 11 ayında diri heyvanların idxalı 33,2 milyon dollar təşkil etdiyi halda 2014-cü ilin müvafiq dövründə bu göstərici 45, 2 milyon dollar təşkil edib. Bununla yanaşı anoloji dövrlə müqayisədə ət və qida üçün yararlı ət əlavələrinin 22.41 faiz artması, ölkədə ət istehsalı sahəsində ciddi problemlərin olduğunu deməyə əsas verir. Keçən ilin müvafiq dövrünə nisbətən diğər heyvandarlıq məhsulları, süd məhsulları, quş yumurtası, təbii bal, heyvan mənşəli ərzaq məhsulları ümumilikdə 8.49 faiz , o cümlədən kərə yağı 16,94 faiz artmışdı. Digər mal qrupuna aid olan, başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan heyvan mənşəli məhsulların idxalı 29,40 faiz artıb. Heyvandarlıq məhsullarının idxalının artımı hər il damazlığın, heyvandarlığın inkişafı adı altında dövlət büdcəsindən aqrar sahəyə milyonlarla maliyyə vəsaitlərinin ayrılması fonunda baş verir". Vahid Məhərrəmov büdcədən ayrılan dövlət vəsaitlərinin səmərəli xərclənmədiyini iddia edir. O, sahəyə nəzarət sisteminin gücləndirilməsini vacib sayır. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31