“Neftin yenidən bahalaşması ehtimalı artır”

Samir Əliyev: “Qiymətə 60 dollarlıq psixoloji həddən aşağı düşməyə imkan verilmədi”

"Neftin qiymətinə 60 dollarlıq psixoloji həddən aşağı düşməyə imkan verilmədi". "Olaylar"-ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-ekspert Samir Əliyev çıxış edib. "Ən aşağı hədd 60.20 dollar oldu və bununla da bahalaşmağa başladı. Ancaq mütləq bu həftə 60 dollarlıq həddən aşağı düşəcək. Amma neftin bu sürətlə ucuzlaşması onun yenidən bahalaşma ehtimalını artırır. Əsas məqsəd slans neftinin sıradan çıxarılmasıdır. Yəqin ki yaxın aylarda neft 55-65 dollar arasında oynayacaq. Doğrusunu zaman göstərəcək" - deyə S.Əliyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31