Əhməd Davudoğlu TANAP-ı energetika "İpək Yolu" adlandırdı

Hazırda Azərbaycanla Türkiyə arasında həyata keçirilən Trans Anadolu qaz kəməri layihəsi (TANAP) energetika "Böyük İpək Yolu"dur. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Bu barədə Trend bazar ertəsi Türkiyənin "Mersinhaberler" qəzetinə istinadən xəbər yayıb. Davudoğlunun sözlərinə görə, TANAP regionda ən uğurlu layihələrdən biridir. Baş nazir qeyd edib ki, Azərbaycanla Türkiyə iri iqtisadi layihələr reallaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31