"Neft Daşları" yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2256 nömrəli quyuda qazma işlərinə başlanılıb. Trend-in ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-3 Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1480 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31