“Putin” markalı üzük satışa çıxarıldı

Rusiyada zərgərlik dükanlarında prezident Putinə həsr edilmiş üzüklər satışa çıxarılıb. "Putinversteher" markalı üzüyün yaradıcısı Qleb Kraynik, cəmi 100 ədəd istehsal olunan Putin şəkilli üzüklərin 50 ədədinin gələn həftə sahiblərinə təqdim olunacağını açıqlayıb. Rusiya mətbuatının məlumatına görə, Kraynik satışa çıxarılan üzüklərin qısa müddətə özlərinə müştəri tapdığını açıqlayıb. "Putinversteher" dekabrın 1-dən şirkətin internet saytı üzərindən satışa çıxarılıb. Məshullar ilk dəfə noyabrın 25-də gənc dizynerlərin iştirakı ilə keçirilən "Rusiyanın obrazları" adlı tədbirdə təqdim edilib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31