1,8 milyon ton neft Ceyhan limanından dünya bazarlarına çıxarılıb
5 Dekabr 2014 13:32 İqtisadiyyatCari ilin noyabr ayı ərzində 1 milyon 847 min 434 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 12 min 476 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Yanvar-noyabr aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 442 min 278 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il dekabr ayının 1-ə qədər Ceyhan limanından 259 milyon 586 min 192 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31