“20 günə neftin qiyməti 60 dollar olacaq”

Natiq Cəfərli: “Putinin iqtisadiyyatdan anlamadığını artıq öz komandasında olanlar da etiraf edir”

"Putinin iqtisadiyyatdan anlamadığını artıq öz komandasında olanlar da etiraf edir". "Olaylar"-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir fikirlə çıxış edib. "Adam deyir ki, qabaqdan qış gəlir, neftin qiyməti qalxacaq. Biri də ona demir ki, bu gün birjalarda satılan fyuçerslər yanvar ayının sonunundur. Yəni, artıq qış amili neft bazarında bitir. Dünən neftin qiyməti bir qədər qalxdı, amma müvəqqəti məsələdir. Bütün fundamental göstəricilər yaxın 15-20 gündə neftin qiymətinin 60 dollara enəcəyinə işarə edir" - deyə N.Cəfərli qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31