“ABŞ nefti əvəzləyəcək alternativ enerji kəşf edib”

Samir Əliyev: “Bu generator hidro, atom və istilik elektrik stansiyalarını tarixin arxivinə göndərəcək”

İqtisadçı-eskpert ABŞ-ın uzun illər saxladığı neft yataqlarını bir-bir istismara verməsinə aydınlıq gətirib. ABŞ-ın planlarını yüzilliklərə qurduğunu deyən S.Əliyev hesab edir ki, Amerika neft və qazı əvəz edən, onu gələcəkdə əhəmiyyətini aşağı salan alternativ enerji kəşf edib: "Andrea Rossi tezliklə neft ölkələri üçün arzuolunmaz şəxsə çevriləcək. Onun yaratdığı generator Çində istehsal olunmağa başlayacaq. Bu generator hidro, atom və istilik elektrik stansiyalarını tarixin arxivinə göndərəcək. Təsəvvür edin, əgər Çin bu generator hesabına öz tələbatını ödəsə, dünyanın enerji bazarında nə baş verəcək? Çin liderin sevinclə Obamanın əlini sıxmasını artıq anlamaq olar". ("OLAYLAR "İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31