Texas nefti 63, Brent isə 67 dollara enib
1 Dekabr 2014 13:44 İqtisadiyyatNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,17 dollar azalaraq 1 barelə görə 63,98 dollar olub. "APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 2,21 dollar ucuzlaşaraq 67,94 dollar olub.
Qeyd edək ki, neftin qiymətinin kəskin azalmasına OPEK-in hasilat kvotasının aşağı salmaması ilə bağlı verdiyi qərar səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31