“Azərsun Holdinq” İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən mükafata layiq görülüb

Dünən Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" Beynəlxalq Sənaye Konfransı keçirilib. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük töhvə verən "Azərsun Holdinq" şirkəti "Qida sənayesinin inkişafında əldə etdiyi nailiyyətlərə görə" İqtisadiyyat və Sənaye nazirliyi tərəfindən mükafatla təltif edilib. "Azərsun Holdinq"in baş direktoru Savaş Uzana mükafatı İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev təqdim edib. "Azərsun Holdinq"ə məxsus Bakın Qida və Yağ fabriki də İqtisadiyyat və Sənaye nazirliyi tərəfindən çox yüksək qiymətləndirilib. Qeyd edək ki, bu müəssisədə istehsal olunan "Zeytun bağları", "Supersun", "Final", "Möcüzə" yağları və digər məhsullar ölkəmizdə olduğu kimi xarici bazarlarda da istehlakçılar tərəfindən çox yüksək qiymətləndirilir və Azərbaycan adını uğurla təmsil edir. Bu milli markalarımızın ölkəmizin hüdudlarında kənarda da bəyənilməsi isə ilk növbədə onların yüksək keyfiyyətinin və rəqabətə davamlılığının əsas göstəricisidir. Xatırladaq ki, tədbir "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31