“Azərbaycanda kartof istehsalı azalıb”

Vahid Məhərrəmov: “Keyfiyyəti aşağı olduğuna görə istehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir”

"Azərbaycanda ikinci çörək hesab olunan kartof istehsalı aşağı səviyyədədir". "Olaylar"-ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə bir iddia ilə çıxış edib. V.Məhərrəmov qeyd edib ki, adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir: "Keyfiyyəti aşağı olduğuna görə istehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də keçən il adambaşına kartof istehlakı normanın 51 faizi qədər, yəni 64,2 kiloqram olmuşdu". Ekspertin sözlərinə görə, son zamanlar Azərbaycanın istehsal etdiyi tərəvəz və meyvəyə Rusiyanın marağının artması nəticəsində bu sahədə çox ciddi ajiotaj yaranıb: "Rusiya hökumətinin yüksək çinli məmurları ölkəmizə etdikləri səfər zamanı və öz ölkələrində mətbuata verdikləri müsahibələrdə tez-tez ölkəmizin adını vurğulamaqla bu sahədə ticarət əlaqələrimizin yaxşılaşmasını arzu etdiklərini bidirirlər. Ola bilsin ki, Azərbaycan ətrafında yaranan bu ajotaj bəzi adamlarda ölkəmizin həqiqətən də meyvə, tərəvəz ticarətində ciddi oyunçu olduğu assosasiyası yaradıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31