Millət vəkili: “Bitkiçilik və heyvandarlıqda məhsuldarlıq aşağıdır”
20 Noyabr 2014 14:15 İqtisadiyyat"Respublikada bitkiçilk və heyvandarlıqda məhsuldarlıq aşağıdır və artım zəif gedir". Bunu deyən millət bəkili Eldar İbrahimovun sözlərinə görə, toxumçuluq və damazlıq heyvandarlığı inkişaf etmək üçün büdcədən tələb olunan dərəcədə vəsait ayırmalıdır. Həmçinin, Kübrə zavodunun inşası üçün büdcədən vəsait ayrılmalıdır. O qeyd edib ki, kənd təsərrüfatı və aqrar sektorun inkişafı üçün müasir texnikanı gücləndirmək lazımdır: "Bunu dünya praktikasında da aydın görmək olar. Həmçinin, texnoparkların da qurulması üçün büdcədən vəsaitin ayrılmasına ehtiyac var. 2012-2013-cü illərdə aqrar sahəyə 218 milyon manat ayrılıb. Bu onu göstərir ki, bu sahə həmişə dövlətin diqqətə mərkəzindədir. Gələn il aqrar sahəyə ayrılacaq kreditlərin cəmi 236 milyondan çox olacaq".