Neftin 1 barelinin 90 dollar götürülməsi Azərbaycan iqtisadiyyatına 2 milyard manat zərər yetirə bilər
18 Noyabr 2014 16:09 İqtisadiyyatDövlət büdcəsində neftin 1 barelinin 90 dollar götürülməsi Azərbaycan iqtisadiyyatına 2 milyard manat zərər yetirə bilər. Bunu deyən MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, ola bilər ki, bu göstərici bir az da aşağı düşsün: " Dövlət büdcəsində neftin 1 barelinin 90 dollar götürülməsi sensasiya xarakteri daşımır. Ola bilər ki, neftin 1 barelinin qiyməti 80-75 dollara ensin, bu bizim gücümüzdə deyil. Dünya iqtisadiyyatı ilə bağlı məsələdir. Lakin bu Azərbaycan iqtisadiyyatına və sosail proqramın icrasına heç bir təsir göstərməyəcək. Azərbaycanda valyuta ehtiyatının həcmi 55 milyardı ötdüyü halda, bu 2-3 milyard gəlirin azalmasının heç bir təsiri ola bilməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31