“Neftin qiymətinin 60 dollara düşməsi belə kəskin problem yaşatmayacaq”
18 Noyabr 2014 16:08 İqtisadiyyatDünya bazarında xam neftə olan tələbatın azalması neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın neftdən əldə edilən gəlirlərinin bir müddət ərzində azalmasına səbəb olacaq. "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, bu səbəb dövri xarakter daşıyır və neftin qiymətinin uzun müddətdə aşağı səviyyədə qalması üçün tutarlı iqtisadi əsaslar çox azdır: "Bununla belə orta müddətli dövrdə neft qiymətlərinin aşağı, yəni, 90 dollar səviyyəsində qərarlaşması xərclərimizin gəlir imkanlarımızla daha sıx uzlaşdırılmasını tələb edəcək". Nazir əlavə edib ki, neftin qiymətinin 60 dollara düşməsi belə kəskin problem yaşatmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31