“İpək yolu” ndan daşınmaların statistikası açıqlandı
18 Noyabr 2014 13:40 İqtisadiyyatCari ilin doqquz ayında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 43,3 milyon ton yük, 229,5 milyon nəfər və ya 7,7 faiz çox sərnişin daşınıb. Statitistika Komitəsindən verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 49,9 faizi avtomobil, 34,3 faizi dəmir yolu, 15,8 faizi dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,8 faiz artım qeydə alınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 21,4 faizini və ya 9,3 milyon tonunu tranzit yüklər təşkil edib.Yük daşımaları fəaliyyətindən 377,3 milyon manat, sərnişin daşınmasından isə 80,2 milyon manat gəlir əldə olunub və ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4 faiz və 12,9 faiz artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31