Bakı regionun ən bahalı şəhərinə çevrilib
Vüqar Bayramov: “Neftin qiymətinin azalması evləri uculaşdıracaq”
17 Noyabr 2014 15:05 İqtisadiyyat2014-cü ilin geridə qalan ayları Bakının və eləcə də ölkənin mənzil bazarında öz spesifikliyi ilə yadda qaldı. İli əvvəlindəki sürətli qiymət artımları daha sonra azalma, payıza doğru isə stabilləşmə və son ayda isə durğunluq ilə müşahidə edildi. Bununla belə, bu ilin qarşıdakı ay yarımda durğunluqun davam edəcəyi və 2015-ci ilin ilk aylarından başlayaraq isə əmlak bazarında tələbin azalacağı proqnozlaşdırır. Tələbin azalmasına baxmayaraq ötən ay və eləcə də noyabrın geridə qalan günlərində hələlik qiymət azalması qeydə alınmadı. Amma dünya bazarındakı son dəyişikliklər Bakının mənzil bazarında təsirsiz ötüşməyəcəyi gözlənilir. İqtisadçı elspert Vüqar Bayramov bildirib ki, əmlak bazarındakı son 2 ildəki qiymət artımları heç də iqtisadi səbəblər ilə əlaqələndirilmir. Əksin ötən ilki qiymət artımlarında iqtisadi faktorlardan daha çox süni və eləcə də psixoloji amillər rol oynayırdı. Artıq əmlak bazarındakı "köpüklər" partlamaq ərəfəsindədir. Bu isə mənzil bazarında yenidən qiymət azalmalarında özünü ehtiva edə bilər. Onun sözlərinə görə, neftin dünya bazar qiymətində azalmalar davam edərsə bu əmlak bazarında tələbatın azalmaslna və qiymətlərin aşağı düşməsinə səbəb olacaq: "Neft ölkəsi olan Azərbaycanda dövriyyədə olan pulun həcmi eyni zamanda qara qızılın dünya bazar qiyməti ilə sıx bağlıdır. İxracımızın 94 faizinin neft və neft məhsullrından ibarət olduğunu nəzərə alsaq bu zaman enerji sektorunun digər sferalar ilə əlaqəsini müəyyənləşdirmək çətin olmaz. Dünya bazarında neftin qiymət azalmaları büdcədən müdafiə olunmayan bir sıra xərclərə sekvest tətbiq edilməsinə gətirib çıxara bilər ki, bu da eyni zamanda özəl xərcləmələrə təsir göstərəcək. Digər tərəfdən, psixoloji olaraq strateji məhsulların dünya bazar qiymət aşağı düşən zaman əmlaka olan tələbatın azalması müşahidə edilir. Eyni zamanda neftin dünya bazar qiymətinin kəskin azalması bəzən və təəssüf ki, adətən qlobal böhranlara işarə kimi yozulur". Ekspert əlavə edib ki, Rusiya iqtisadiyyatinda müşahidə edilən durğunluq şimal qonşumuzda yaşayan azərbaycanlıların da maliyyə vəziyyətinə mənfi təsir göstərir. 2014-cü ildə Rusiyada yaşayan azərbaycanlıları ölkəmizə göndərdikləri pulların məbləğinin ən azı 30 faizə yaxın azalacağı gözlənilir. Monitorinq və sorğular göstərir ki, mənzil bazarına tələbatın təxminən 1/3-i MDB-də xüsusən də Rusiyada yaşayan azərbaycanlıları payına düşür. Biznesi zəifləyən həmyerlilərimiz artıq paytaxtın mənzil bazarında ciddi tələb formalaşdıra bilmirlər. Başqa tərəfdən, Rusiyada yaşayan və bizneslə məşğul olan azərbaycanlıların böyük əksəriyyətinin Bakıda mənzili var. Hətta Rusiyada yaşayan həmyerlimizin bir qismi Bakıda bir deyil, daha çox mənzilə sahibdir. Həmyerlilərimizin biznesinin zəifləməsi onların Bakıdakı mənzillərini satışa çıxarmasına və təklifin artmasına səbəb ola bilər: "Bakının mənzil bazarındakı qiymətlər artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur. Son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymət artımları Bakını regionun ən bahalı şəhərlərindən birinə çevrilib. Bu isə, mənzil bazarında psixiloji təzyiq formalaşdırıb. Eyni zamanda, paytaxtda infrastrkturunun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarında böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrində evlərin və ya torpaqların alınmasına yönəldilir. Digər tərəfdən, bu pullar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir. Beləliklə, Rusiyadakı durğunluq və neftin dünya bazar qiymətindəki kəskin azalmalar davam edərsə, Bakının mənzil bazarında qiymət azalmalarının olacağını proqnozlaşdırmaq çətin olmaz. Deməli, paytaxtın əmlak bazarı yeni dəyişikliklər ilə üz-üzədir".
Alim