Ekspert: “2015-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin 80 dollar götürülməsi məqsədəuyğundur”
17 Noyabr 2014 12:37 İqtisadiyyat"London birjasında artıq yanvar ayı üzrə fyuçers kontraktlarının bağlanmasına başlanıb". Bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat verib. S.Əliyev qeyd edib ki, hazırda Brent markalı neftin qiyməti 78 dollardan bir az çoxdur. "Bizim neftin Brentdən bir az baha olduğunu nəzərə alsaq deməli, "Azeri light" markalı neftin bir bareli ən yaxşı halda 80 dollara satılır. Bu o deməkdir ki, gələn ilki dövlət büdcəmizi doldurmaq üçün birjaya çıxardığımız neft hazırda 80 dollara satılır. Ancaq büdcə layihəsində bu hədd 90 dollar nəzərdə tutulub. Fikrimcə, 2015-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin 80 dollar götürülməsi məqsədəuyğundur" - deyə Samir Əliyev qeyd edib. Bunu nəzərə alaraq ekspert neftin baza qiymətini azaldılmasını məqsədəuyğun hesab edir.