"Günəşli" yatağında yeni quyu

"Günəşli" yatağındakı 13-cü özüldən 33 nömrəli quyu qazmadan sonra istismara verilib. Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "SOCAR AQŞ" müştərək müəssisəsi tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılmış quyu 3194-3149 metr intervaldan fontan üsulu ilə sutkalıq 45 ton neft və 158 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31