Bakida beynəlxalq konfrans keçiriləcək
14 Noyabr 2014 16:23 İqtisadiyyatNoyabrın 26-27-i tarixlərində Bakıda "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda beynəlxalq konfrans keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yap.org.az saytına müsahibəsində verib. Nazir bildirib ki, konfransda dünyanın bir sıra ölkələrinin dövlət qurumlarının, beynəlxalq təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31