“Kreml rublun ucuzlaşmasında maraqlıdır”

Natiq Cəfərli: “Neftin qiymətində dollarla itirdiklərini, rublla geri, büdcəyə qaytarmaq yolu tutublar”

"Son 5 ayda Rusiya rublu dollara nisbətən, təqribən, 30% ucuzlaşıb, neftin də ucuzlaşması, faktiki olaraq, təqribən 30% civarındadır". "Olaylar"-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir fikirlə çıxış edib. N.Cəfərli bildirib ki, Kreml rəhbərləri dollara satdıqları nefti rubla çevirməklə büdcəyə ötürdüklərindən, bilərəkdən rublun kursunun aşağı olmasında maraqlıdırlar: "Neftin qiymətində dollarla itirdiklərini, rublla geri, büdcəyə qaytarmaq yolu tutublar. Başqa sözlə, apardıqları siyasətin nəticələrini insanların və biznesin cibi hesabına maliyyələşdirirlər. Bununla da, büdcədə yaranan problemlərin bir qismini aradan qaldırmağa çalışırlar. Bu siyasətin insanların yoxsullaşması, qiymətlərin, inflyasiyanın artması ilə müşayiət olunması Putin və ətrafının heç vecinə də deyil. Onlara Krım hədiyyə olunub, qoy sevinsinlər. Seçkidən asılı olmayan siyasi elitaların belə etməsi təəccüblü deyil, xalqı, seçicini heçə sayırlar. Amma, anlamırlar ki, hər şeyin sonu olduğu kimi, xalqın dözümünün də bir sonu var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31