ARDNŞ DESFA şirkətinin səhmlərinin alınmasına aydınlıq gətirdi
6 Noyabr 2014 17:20 İqtisadiyyatARDNŞ tərəfindən, Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinın alınması barədə Avropa Birliyi antiinhisar orqanlarına, alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində, daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II Mərhələnin açılışı müəyyən edilib. ""OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, II Mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir. ARDNŞ, Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir.