Azərbaycan Rusiyaya qaz ixracını 2015-ci ildən tez bərpa etməyəcək
5 Noyabr 2014 13:19 İqtisadiyyatARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz ixracını 2015-ci ildə bərpa edəcək. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib. Bir müddət əvvəl Dövlət Neft Şirkəti Rusiyaya qaz ixracını Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan hissəsinin tikintisi, həmçinin qaz nəqli infrastrukturunun özündə tikinti işləri ilə əlaqədar dayandırıb. Abdullayev bildirib: "İşlər davam edir və ehtimal ki, qazın nəqli artıq gələn il bərpa ediləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31