“Darvin bankası” yatağında yeni quyu qazılır

"Darvin bankası" yatağındakı 740 nömrəli platformadan 741 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə,  "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1220 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31