Diplomatlara sərf ediləcək vəsaitin məbləği açıqlandı

2015-ci ildə Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklər və konsulluqlarına 58 milyon manat ayrılması nəzərdə tutulur. Bunu maliyyə naziri Samir Şərifov İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.Nazir qeyd edib ki, Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarına, eləcə də digər beynəlxalq qurumlara üzvlük haqqı üçün büdcədən 20 milyon manat vəsaitin ayrılması gözlənilir: "Təəssüf edirəm ki, müxalifət mətbuatında bu məsələ ilə bağlı qeyri sağlam yanaşma var. Onlar bu məsələni təhrif olunmuş formada çatdırırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31