Bir tarixin salnaməsi

Cahangir Hüseynovun Heydər Əliyevlə bağlı xatirələri

"Bu parlament binasını tıkdırən şəxsın nəyə görə parlamentdə oturmaq haqqı olmasın!"

Əvvəli ötən sayımızda

Azərbaycanın bu günkü vəziyyəti, əldə etdiyi nailiyyətlər, qazandığı uğurların heç də asanlıqla başa gəldiyini söyləmək doğru olmazdı. Uzun illərin, hətta on illiklərin zəhməti bahasına başa gələn bu günkü inkişafın təməlinin isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu danılmazdır. Təbii ki, əgər uzaqgörən ziyalılar, ictimai-siyasi xadimlər Heydər Əliyevi 90-cı illərdə hakimiyyətə dəvət etməsəydi, bu gün nəinki hansısa inkişafdan danışmaq, hətta Azərbaycanın varlığından söhbət açmaq belə qeyri-mümkün olardı. Çünki ölkəni bürüyən böhran, xaosdan çıxış yolunu yalnız və yalnız Heydər Əliyev çözə bilərdi ki, bunu da bəzi ziyalılar, ictimai-siyasi xadimlər gözəl bilirdi. Məhz buna görə də Heydər Əliyevin Bakıya, siyasi hakimiyyətə qayıdışı aktuallığını artırırdı. O dövrdə yaranmış böhran, siyasi xaos vəziyyətindən ölkəni çıxarmağın yollarından ən birincisinin məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından keçdiyi Cahangir Hüseynov üçün də gün kimi aydın idi. O illərdə fəal ictimai-siyasi xadim, millət vəkili olan Cahangir Hüseynov elə bu zərurəti nəzərə alaraq Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı təşəbbüsü ilə çıxış edən ilk insanlardan olub. Həmin dövrün ictimai-siyasi həyatı, baş verən proseslər, Heydər Əliyevin Bakıya dəvət edilməsinin haradan qaynaqlandığı barədə suallara aydınlıq gətirmək üçün sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Cahangir Hüseynov Heydər Əliyevlə ilk görüşü barədə də söhbət açıb.

Məlumat üçün qeyd edək ki, sabiq millət vəkili ilə müsahibə 1992-ci ilin mart ayı ərəfəsində parlamentdə gedən gərgin müzakirələrə və bundan sonra ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə həsr olunub.

-Cahangir müəllim, bəs İsgəndər Həmidovun Naxçıvana səfəri baş tutdumu?

-Təbii ki, Əbülfəz Elçibəyin müdaxıləsındən sonra İsgəndər Həmıdovun Naxçıvana səfərı baş tutmadı və Həsən Zeynalovu da həmın gecə azad etdılər. 1992-ci ilin noyabr ayının 14-də Daxili İşlər Nazirliyinin yenıden kollegiya iclası çağırıldı. Kollegiyada mənə irad tutuldu ki, guya Biləsuvar rayonunda mənzil və mal-qara oğurluğu artıb. Təbii, bunlar hamısı bəhanə idi. Bu ıradların səbəbi isə mənim siyasi fəaliyyətlə məşğul olmağım idi. Mən kollegıyada çıxış edərkən respublıkada ictimai-siyasi vəziyyətin agır olduğunu bəyan etdim. İsgənder

Həmidov bundan qəzəblənib "səni işdən azad edirəm, sən get siyasətlə məşğul ol" dedi. Mən də öz növbəmdə Daxili İşlər orqanlarından azad olmağım barəsındə raport verdım. Həmçinin Isgəndər Həmıdovun baş alıb gedən qanunsuz əməllərı barədə Milli Şura üzvlərınə, prezıdent Əbulfəz Elçıbəyə və Bakıda yerləşən xarıcı ölkə səfırlıklərinə müraciət göndərdım. Eyni zamanda həmin vaxt Bakıda olan Türkıyənın prezıdentı Turqut Özala da öz müraciətimi çatdırdım.

-Daxili İşlər orqanlarından azad olunmaq istəyi barədə yazdığınız raporta reaksiya necə oldu?

-Məni Daxili İşlər orqanlarından azad etmədilər və Polis Akademiyasına baş müəllim göndərildim. Artıq bu, məni qane edirdi. Həm elmi fəaliyyətimi davam etdirirdim, həm də siyasi fəaliyyətimlə məşğul olmaq imkanı qazandım.

-Parlamentdəki fəaliyyətinizə hansısa formada maneçilik törətməyə cəhdlər edilirdimi?

-Təbii ki, yenə də parlamentdə mənə qarşı təzyiqlərbaşladı və bildirilirdi ki, səlahiyyətlərim dondurulub, iclaslara gəlmək mənasızdır. Bütün bunlara baxmayaraq 1992-ci ilin noyabr ayından 1993-cü ilin avqust ayına qədər parlament iclaslarının demək olar ki, hamısında iştirak edib sözümü deyirdim. Heç bir halda mənə mane ola bilmirlər. Mənimlə bərabər Məksim Musayev də müntəzəm olaraq parlamentin iclaslarına qatılırdı. Ali Sovetin qalan deputatlarından ısə heç kım müntəzəm şəkildə ıclaslara gəlmırdı. Bəziləri isə hərdən gəlırdi. Lakin sonradan ümumiyyətlə ıclaslara qatılmırdılar Bəzı hallarda ısə Milli Şuranın iclasını qapalı elan edıb bızı ıclasa buraxmaq istəmırdılər. Bız ısə buna kəskın etıraz edıb ıclaslarda ıstrak edırdık. Milli Şuranın iclaslarına buraxılmamaq cəhdlərinə etiraz əlaməti olaraq o vaxt "İki sahil" qəzetinə (24 fevral 1993- cü ildə) "Deputatlar etiraz edir" başlığı ilə geniş müsahibə verdik və xalqın səs verdiyi deputatın səlahiyyətlərinin dondurululmasının beynəlxalq hüquq praktikasına ziddiyət təşkil etdiyini bildirdik. Yəni, bu kimi mübarizə vasitələri ilə sözümüzü deyirdik.

-Bəs Yeni Azərbaycan Partiyası yaranan zaman Heydər Əliyevin fəal müdafiəçisi kimi sizə də müraciət edildimi?

-Artıq 1992-ci ilin oktyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partıyasının ilk təsıs konfransı keçirildi. Həmın konfransa Yeni Azərbaycan Partiyasının qurucuları olan Murtuz Ələsgərov, Sirus Təbrizli, Ziya Bünyadov, Zahid Qaralov, Fərəməz Qulıyev və başqalarını hava limanından Naxçıvana yola saldıq. Mən polis işçisi olduğuma görə həmin konfransa qatıla bilməzdim. (Polis işçiləri heç bir partiyaya üzv ola bilməzlər) Lakin elə həmin ərəfədə Biləsuvar rayonunda Heydər Əlıyevı sevən ınsanları bir araya gətirib Yeni Azərbaycan Partiyasının ilk rayon təşkilatını həmin rayonda yaratdıq. Daha sonra Gədəbəy rayonunda və respublikamızın bir sıra rayon və şəhərlərındə YAP-ın təsis konfransları keçirildi. Artıq xeylı sayda ınsanlar YAP-a üzvü olur və bu ıstıqamətdə fəalıyyətlərını davam etdırırdlər.

-Heydər Əliyevin 1992-ci ilin mart ayında Bakıya baş tutan növbəti gəlişi zamanı onunla görüşə bildinizmi? Ümumiyyətlə, həmin səfər barədə sizə də məlumat verilmişdimi?

-1992-ci ilin mart ayında bizə məlumat verildi ki, Heydər Əliyev qardaşı mərhum Həsən Əliyevin hüzr mərasimində iştirak etmək üçün Naxçıvandan Bakıya gəlir. Biz Həsən Əliyevin 3 və 7 mərasimlərində iştirak etmişdik. 40 mərasiminə Heydər Əliyevin də gələcəyi bildirildi. Bütün aktiv insanlara tapşırıq verildi ki, Heydər Əliyevin səfərinə hazırlaşaq. Kimin nə imkanı var, maşın və ya adamlarla Hava Limanına gəlsin ki, hansısa təxribat xarakterli hərəkət baş versə onun qarşısını ala bilək. Mən də öz növbəmdə yaxın bildiyim adamları ətrafıma yığaraq iki maşınla hava limanına getdim. Hava limanına çatanda deputat zalında izdihamın olduğunu gördük. Təxminən 150-200 adam da deputat zalının qarşısında Heydər Əliyevi gözləyirdi. Heydər Əliyev təyyarədən enərkən həmin izdihamı gördü və üzündə bir sevinc hiss olundu. Artıq Heydər Əliyev hiss edir ki, xalq ona etiraz etməyə deyil, qarşılamağa gəlib. Heydər Əliyev hava limanında Bəxtiyar Vahabzadə ilə birlikdə Zeynəb Xanlarovanın avtomobilinə əyləşərək Cəlal Əliyevin şəhərdəki evinə gedir. Biz də hava limanından paytaxta qədər onları müşayət etdik. Bizə məlumat verildi ki, ertəsi gün Nərimanov rayonunda, indiki metro stansiyanın yaxınlığında görüş olacaq və Heydər Əliyev də həmin görüşə gələcək. Deyilən vaxtda mən, Maksim Musayev və Gülabbas Qəhrəmanov YAP-ın Nərimanov rayonunda yerləşən qərargahına gəldik. Ora çatanda məlumat verildi ki, artıq Heydər Əliyev hüzr mərasiminə getməyə hazırlaşır. Biz isə Rəfael Allahverdiyev və Əli Nağıyevdən xahiş etdik ki, Heydər Əliyev bizi də qəbul etsin. Məsləhətləşmələrdən sonra məlumat verildi ki, Heydər Əliyevin vaxtı az olduğuna görə, bizi 3 dəqiqəlik qəbul edə biləcək. Həmin 3 dəqiqəlik görüş bir saatdan artıq davam etdi. Görüş zamanı Heydər Əliyev qətiyyətlə Bakıya gəlmək fikrinin olmadığını, mövcud hakimiyyətlə işləyə bilməyəcəyini vurğulayır. Mən isə qətiyyətlə Heydər Əliyevə bildirirəm ki, siz mütləq hakimiyyətə gəlməlisiniz. Söhbət zamanı həm Moskva görüşü, həm də mart ayının 6-da Ali Sovetdə gedən müzakirələri və çıxışımı Heydər Əliyevə xatırladıram. Bildirirəm ki, siz hakimiyyətə gəlməsəniz respublika çətin vəziyyətə qalacaq. Artıq hissi edirəm ki, o, mənə diqqətlə qulaq asır. Uzun müzakirələrdən sonra biz belə təklif edirik ki, Ali Sovetin sessiyasının çağrılması üçün mübarizəyə başlayaq. Heydər Əliyev də bu təkliflə razılaşır. Məqsədimiz də o idi ki, sessiya çağırılsın və Heydər Əliyevin Ali Sovetin sədrliyinə namzədliyini irəli sürək. Görüş zamanı Heydər Əliyevdən bir xahiş də etdim ki, şəhərə çıxıb xalqla görüşsün. Bildirdim ki, xalq sizi dəstəkləyir. Sanki bu sözlərimdən də Heydər Əliyev məmnun qaldı. Bizimlə görüşdən sonra Heydər Əliyev və onun ətrafında olan adamlar avtomobillə 28 may metrosunun yaxınlığına gəldilər və həmin ərazidə bir xeyli gəzdilər. Artıq Heydər Əliyev böyük bir izdihamla qarşılaşdı. Hamı ona yaxınlaşır, salamlayırdılar. Biz də öz növbəmizdə kənardan Heydər Əliyevi müşayət edirdik.

-Bəs Heydər Əliyevin şəhərdə sərbəst şəkildə hərəkət etməsinə polis müdaxiləsi olmadı?

-Düzdür, Daxili İşlər Nazirliyinin əməkdaşları, işçiləri ərazidə cəmlənib prosesləri sanki nəzarətdə saxlasalar da, ancaq Heydər Əliyevi böyük bir izdiham müşayət etdiyindən heç kəs ona yaxın gələ bilmədi. Yeni təyin olunmuş daxili işlər naziri Abdulla Allahverdiyev də bu hadisələri kənardan izləyirdi. Təxminən 1 saatlıq gəzintidən sonra axşam Heydər Əliyev Həsən Əliyevin Səməd Vurğun küçəsində yerləşən mənzilinə hüzr mərasiminə gəldi. Artıq mərasim yerində xeyli izdiham var idi. Hətta Əbülfəz Elçibəy, İsa Qəmbər və Pənah Hüseyn də hüzr mərasiminə gəlmişdi. Bundan sonra bizdə də arxayanlıq yarandı ki, Heydər Əliyevə qarşı hansısa neqativ hərəkət etmək mümkün olmayacaq. Heydər Əliyev hüzr mərasimindən sonra yenidən Naxçıvana qayıtdı. Biz isə razılaşdırdığımız kimi Ali Sovetin sessiyasının çağırılması məqsədilə imza toplamağa başladıq. Həmin imzatoplama kampaniyasında Əli Nağıyevin, Rəfael Allahverdiyevin, Arif Rəhimzadənin müstəsna xidmətləri var idı. Eyni zamanda mən, Maksim Musayev, Firuz İsayev, Ali Sovetdə işləyən Yusif Hümbətov və s. də bu imzatoplama kampaniyasına qatıldıq. Artıq əksəriyyət deputatlar hiss edirdilər ki, AXC hakimiyyəti idarə edə bilmir. Çox çətinliklə də olsa 400 deputatdan 132-nin imzasını toplaya bildik. Onlardan 20 nəfəri Qarabağdan olduğu üçün iclaslarda iştirak etmirdi. İmzalar toplandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Əbülfəs Elçibəyin və Ali Sovetin sədri İsa Qəmbərin adına müraciət qəbul olundu. Müraciətdə respublikada olan ağır iqtisadi siyasi hərbi vəzyyət qeyd olundu. (Artıq Kəlbəcər rayonu da ermənilər tərfəindən işğal edilmişdi) İmzalar toplandıqdan sonra Bərdə rayonundan deputat seçilmiş Yusif Allahverdiyev onu elan etdi. Lakin Ali Sovetin rəhbərliyi sessiyanın çağırılmasını uzatmağa başladı. Mən və başqa deputatlar bir neçə dəfə Ali Sovetin çağırılmasını tələb etdikdə isə "biz hakimiyyətə silahla, zorla gəlmişik, siz də istəyirsinizsə zorla, güclə gəlin" cavabını aldıq. Hətta Respublika Prokurorluğundan bəzi deputatları çağırıb, nəyə görə belə bir müraciətə qol çəkmələrinə görə onlara irad tutulur və xəbərdarlıq edilirdi. Təbii, bunların hamısı qanunsuz hərəkətlər idi. Artıq may ayının sonları idi. Belə bir məqamda Gəncədə Surət Hüseynov hərəkatı meydana çıxdı. Məlumat aldıq ki, Gəncədə arzuolunmaz proseslər yaşanır.

-Bəs sizin Surət Hüseynovla görüşünüz hansı zərurətdən baş tutdu?

Cahangir Hüseynovun da təmsil olunduğu nümayəndə heyətinin həmin ərəfədə Gəncəyə səfəri, Surət Hüseynovla görüş, həmin görüşdə ölkənin gələcək taleyi ilə bağlı hansı mühüm məsələlərin müzakirə edildiyinə dair suallara cavabı növbəti sayımızda tapa bilərsiniz

Ardı növbəti sayımızda

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31