İKT
“Windows 10” sistemində problemli yeniləmələr avtomatik ləğv ediləcək
“Windows 10” platforması artıq yeni proqram təminatında uyğunsuzluq və ya səhvlərlə əlaqədar əməliyyat sisteminin yüklənməsi vaxtı problemlər yaradan yeniləməni avtomatik siləcək. “Microsoft”un yenilənmiş texniki dəstək səhifəsindəki məlumata görə, problemli yeniləməni quraşdırandan sonra sistemin işini bərpa etmək üçün bütün cəhdlər uğursuz olduqda bu üsuldan istifadə ediləcək.
İnternetin yaradıcısı narahatdır
İnternetin yaradıcılarından biri olan Tim Berners-Li onu "uğursuz" adlandırıb. Alimin müraciəti “Ümumdünya Hörümçək Toru” Fondunun saytında dərc edilib. O deyib ki, bəşəriyyət “Ümumdünya Hörümçək Toru”nun xilası üçün səy göstərməlidir. Onun fikrincə, internetin mənfi tərəflərinə fırıldaqçıları, həmçinin düşmənçilik və nifrətin yayılmasını göstərmək olar.
“Apple” növbəti təqdimat tarixini açıqladı
ABŞ şirkəti ənənəsinə sadiq qalaraq dəvət məktublarında növbəti təqdimatın tarixini, vaxtını və keçiriləcəyi yeri qeyd edib. “Apple” martın 25-də Stiv Cobs Teatrında növbəti təqdimatını keçirəcək. Bu haqda jurnalistlərə göndərilmiş dəvət məktublarında qeyd edilib.
“BlackBerry” şirkətinin direktoru bükülən smartfonları tənqid edib
Bükülən smartfonlar hələ bazara çıxarılmamalıdır, çünki belə qurğuların təkmilləşdirilməsinə ehtiyac var. Bu haqda “BlackBerry” şirkətinin icraçı direktoru Con Çen deyib.
Mobil təhlükələrin sayı 2 dəfə artıb
2018-ci ildə mobil qurğu istifadəçilərinin üzləşdiyi təhlükələrin sayı təxminən 2 dəfə artaraq 117 milyona çatıb. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin məlumatında deyilir. Mobil təhdidlərin sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq zərərli proqramların sayında azalma müşahidə olunur. Ekspertlər bu tendensiyanı cinayətkarlar tərəfindən yeni yoluxma texnikalarının tətbiqi, eləcə də zərərli proqram təminatının yayılması üzrə yoxlanılmış sxemlərin (məsələn, SMS spam vasitəsilə) gücləndirilməsi ilə izah edirlər. Şirkətin məlumatına görə, ötən il ən populyar mobil təhlükə sayı 1,5 dəfə artaraq yeni rekord müəyyənləşdirən bank troyanları olub. Bu viruslar ümumilikdə 180 ölkədə 1,8 milyon istifadəçiyə hücum edib. Rekord yayılma templərini “Asacub” və “Hqwar” troyanları nümayiş etdirib.
“PlayStation Vita” oyun qurğusunun istehsalı dayandırılır
Yaponiyanın “Sony” şirkəti yaxın vaxtlarda “PlayStation Vita” portativ konsolunun ticarət şəbəkələrinə tədarükünün dayandırılacağını rəsmən bəyan edib. Şirkət oyun qurğusunun tezliklə Yaponiyada istehsalının dayandırılması ilə bağlı əvvəllər yayılan informasiyanı da təsdiq edib. Dəqiq müddət açıqlanmasa da, şirkət tərəfindən “PlayStation 3” ilə bağlı oxşar bəyanatın konsolun istehsalının faktiki dayandırılmasından iki ay əvvəl verilməsini xatırlamaq olar.
2018-ci ildə ən populyar kiberhücum metodu hansı olub?
İnformasiya təhlükəsizliyinin təmini üçün "Trend Micro" həllər istehsalçısı 2018-ci ildə kibertəhdidlərlə bağlı vəziyyətə həsr edilən tədqiqat dərc edib. Hesabat dövründə zərərli internet ünvanlarından istifadə olunaraq edilən, lakin qarşısı alınan hücumların sayı 2017-ci illə müqayisədə 269 faiz artıb. Unikal İP ünvanına malik istifadəçilərin fişinq saytına keçid üçün bloklanmış cəhdlərinin sayında isə 82 faiz artım qeydə alınıb.
“5G” şəbəkəsində ilk videozəng edilib
Çinin “ZTE” telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) ilk uğurlu videozəng edib. İstehsalçı sınağı İtaliyanın “Wind Tre” rabitə operatoru və “Open Fiber” telekommunikasiya şirkəti ilə birgə həyata keçirib.
Ötən ilin ən yaxşı smartfonu açıqlanıb
“Mobile World Congress 2019” beynəlxalq sərgisinin münsiflər heyətinin qərarı ilə “Huawei Mate 20 Pro” 2018-ci ilin ən yaxşı smartfonu seçilib. Bu barədə tədbirin saytında deyilir.
Ötən ilin yekunları üzrə televizor bazarının lideri məlum olub
İriölçülü televizorlar və premium səviyyəli modellər “Samsung” şirkətinə 2018-ci ilin yekunları üzrə ardıcıl 13-cü dəfə dünya televizor bazarının lideri olmağa kömək edib. Bu barədə “Business Korea” nəşri “IHS Markit” analitik şirkətinə istinadən məlumat verib.
“WinRAR” proqramında 19 il mövcud olan səhv aşkarlanıb
“RAR” və “ZIP” formatlarında arxivlərin yaradılması və təşkili üçün istifadə edilən populyar “WinRAR” proqramında sərbəst kodu məsafədən işə salmağa imkan verən boşluq aşkarlanıb. Problem barədə kibertəhlükəsizlik texnologiyaları sahəsində ixtisaslaşan “Check Point Software Technologies” şirkətinin məlumatında deyilir.
“Apple”ın innovasiya şirkətlərinin reytinqi üzrə mövqeyi zəifləyib
Bir il ərzində “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi zəifləyərək 1-ci yerdən 17-ci yerə düşüb. Reytinq “Fast Company” işgüzar portalı tərəfindən dərc edilib. Çinin “Meituan Dianping” startapı (yemək sifarişi üçün xidmət) reytinqdə birinci yerdə qərarlaşıb.
İşıqforlarda gözləməyi aradan qaldıran texnologiya hazırlanıb
“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə işıqforun yaşıl işığında yolu keçsin. Beləliklə, vaxt və yanacağa qənaət edilir. Amma “Green Light Optimization Speed Advisory” (GLOSA) funksiyası yalnız bəzi modellərdə və ABŞ-ın bəzi şəhərlərində əlçatandır.
“Samsung” şirkəti yeni qabaqcıl “Galaxy” modellərini təqdim edib
Cənubi Koreyanın “Samsung” şirkəti “Samsung Galaxy S10+” brendli yeni qabaqcıl model təqdim edib. Ekran smartfonun üst səthini tam əhatə edir. Smartfonun kameraları simsiz texnologiyalar vasitəsilə displeyə quraşdırılıb. Ekran “Dynamic Amoled” texnologiyası sayəsində indiyədək bütün smartfonlar arasında ən yüksək keyfiyyətli rəngvermə qabiliyyəti ilə təchiz edilib.
“Skype” da problem
Bir sıra ölkələrdə “Skype” messencerinin fəaliyyətində nasazlıqlar yaranıb. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir. Portalın məlumatına görə, “Skype”ın işində problemlər ABŞ vaxtı ilə saat 20:30-dan (Bakı vaxtı ilə saat 03:30) müşahidə edilməyə başlayıb.














