İKT
İnstagramdan istifadəçiləri sevindirəcək XƏBƏR
İnstagram istifadəçiləri xidmətin veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcəklər. Belə ki, tezliklə “Instagram”ın veb-versiyasında şəxsi mesajlara giriş imkanı əlçatan olacaq. İndi bu imkan hələ ki sınaq rejimində işləyir.
“LinkedIn” də YENİLİK
"LinkedIn" sosial şəbəkəsində videonu seçilmiş qruplar və ya bütün şəbəkə auditoriyası üçün real vaxt rejimində translyasiya etməyə imkan verən yeni onlayn yayım servisi istifadəyə verilib. Hazırda "LinkedIn Live" adlı beta versiyadan dəvət əsasında yalnız ABŞ istifadəçiləri yararlana bilərlər. Yaxın həftələr ərzində aksiyada iştirak etmək arzusunda olanlar üçün kontakt formasının dərc ediləcəyi gözlənilir. Sosial şəbəkə tərəfindən "LinkedIn Live" servisində bütün istifadəçilər üçün video yaratmaq imkanının nə vaxt mümkün olacağı, hələ ki, məlum deyil. Şirkət nümayəndələrinin sözlərinə görə, birbaşa translyasiyalar bu gün bütün sosial şəbəkələr üçün ən tələb olunan funksiyadır.
Ən güclü və ən zəif şüalanmaya malik smartfonlar məlum olub
Ekspertlər “Xiaomi” şirkətinin smartfonunu bazarda təqdim edilənlər arasında ən yüksək şüalanma səviyyəsinə malik telefon seçiblər. Müvafiq tədqiqat “Statista” şirkətinin “Twitter” səhifəsində dərc edilib. Antireytinqə Çin şirkətinin dörd modeli daxildir. Birinci yerdə “Xiaomi Mi A1”, üçüncüdə “Xiaomi Mi Max 3”, altıncıda “Xiaomi Mi Mix 3”, on beşincidə “Xiaomi Redmi Note 5” smartfonu qərarlaşıb.
Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib
Akademiya biznes və dövlət qurumları üçün peşəkar tədris proqramları təklif edir Azərbaycanda dövlət və özəl sektor üçün tədris və konsaltinq xidmətləri təşkil edən Azercell Akademiyası ötən il aktiv fəaliyyəti ilə seçilib. 2018-ci il ərzində Akademiya tərəfindən müxtəlif dövlət və özəl qurumlar üçün 231 təlim sessiyası təşkil olunub. Təlim alan təşkilatlar sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin tabeli qurumları olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Baktelecom, Aztelekom, AzIntelecom, eləcə də Avand Technology, Azeronline, ELCOM kimi şirkətlərin, “ASAN xidmət”in Çağrı mərkəzinin əməkdaşları, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləri var idi.
"Messenger”da göndərilən mesajları silə biləcəyik
“Facebook” sosial şəbəkəsi fevralın 5-dən etibarən “Facebook Messenger”də məlumatları göndərdikdən sonra onları 10 dəqiqə ərzində silməyə imkan verən yeni funksiya istifadəyə verib. Bu barədə messencerin pres-relizində deyilir. Məlumata görə, funksiya vasitəsilə “Messenger”də həm bir nəfərə, həm də qrupa göndərilən məlumatı ləğv etmək mümkün olacaq. Bunun üçün ekranda məlumatın üzərinə basmaq və “hamı üçün silmək” və ya “özün üçün silmək” funksiyalarından birini seçmək tələb olunur. Bununla yanaşı, birinci funksiya seçilən zaman bütün çat iştirakçılarına silinmiş məlumat barədə bildiriş göndəriləcək.
2022-ci ildə qlobal İKT xərcləri 4,6 trilyon dollar təşkil edəcək
“IDC”nin analitikləri xəbərdarlıq edirlər ki, növbəti 5 il informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üçün asan olmayacaq. Tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək avadanlıq, proqram təminatı, xidmət və rabitə sahəsi üzrə qlobal İKT xərcləri orta hesabla 4% yüksələrək 4,6 trilyon dollar təşkil edəcək. Proqnozlaşdırılan məbləğin 2.9 trilyon dolları kommersiya müştərilərinin payına düşəcək, istehlak xərcləri isə 1,7 trilyon dollar təşkil edəcək.
“Huawei” dünyada ilk qatlanan 5G smartfonu təqdim edəcəyi tarixi açıqladı
İKT üzrə qiymətləndirmə keçirilib
Paytaxtdakı ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib. “OLAYLAR” xəbər verir ki, qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib. Müəllimlər 40 dəqiqə vaxt ərzində 15 sualı cavablandırıblar.
Ölkədə internet niyə bərbaddır? – Rəsmi
Azərbaycan 4-cü sənaye inqilabının astanasında
Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1.8 milyard əhalinin müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq Hazırda 4-cü sənaye inqilabı şəraitində dünya ölkə
Azercell 2019-cu ilin ilk Eksklüzivini Zaqataladakı abunəçilərinə təqdim etdi
Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC, yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək, abunəçilərinə yüksək xidmət təklif etməkdə davam edir. Şirkət bu ilin ilk Eksklüzivini Faiq Əmirov küçəsi 8 ünvanında Zaqatala sakinlərinin ixtiyarına verib. Beləliklə, ölkə boyunca Azercell Eksklüziv mağazalarının sayı 21 təşkil etdi.
“Apple” 3 yeni “iPhone” təqdim edəcək
Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb
İlin sonunadək Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək
Bakcell Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun keçirilməsinə dəstək göstərdi
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell oktyabrın 9-da Bakıda keçirilmiş Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun sponsoru olub.







.jpg)

.jpg)


.jpg)

.jpg)