İKT

“WhatsApp”da yenilik - “feyk” mesajların yayılmasının qarşısı alınacaq

9 Aprel 2019 10:14

Bir neçə dəfə göndərilmiş mesaj qruplarda göstərilməyəcək. Bu, “feyk” mesajların yayılmasını çətinləşdirəcək. Güman ki, “WhatsApp” tez-tez göndərilən mesajları gizlətmək imkanını əlçatan edəcək. Bu haqda “WABetainfo” nəşri məlumat yayıb. Sözügedən funksiya proqramın beta-versiyasında aşkar edilib.

“Facebook” bu qitədə boru sualtı kabel çəkməyi planlaşdırır

8 Aprel 2019 13:13

“Facebook” şirkəti “Simba” adlı üçmərhələli layihəyə hazırlaşır.

Bu telefonlarda İnstaqram işləməyəcək

5 Aprel 2019 15:42

Foto və video paylaşım şəbəkəsi olan İnstaqram “Windows 10” versiyalı telefonlarında dəstəklənməyəcək.

540 milyon “Facebook” istifadəçisinin məlumatı internetdə yerləşdirilib

5 Aprel 2019 10:33

İnformasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “UpGuard” şirkəti 540 milyondan çox “Facebook” istifadəçisinin məlumatının internetdə yerləşdirilməsi haqqında xəbər verib.   İstifadəçilərin məlumatı Meksikanın “Cultura Colectiva” rəqəmli platformasında aşkar edilib. Bundan başqa, artıq mövcud olmayan “At the Pool” proqramında ad, parol, elektron poçt ünvanları və başqa məlumatlar əlçatan idi.

Ən sürətli “Android” smartfonlar açıqlandı

4 Aprel 2019 10:02

Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” proqramının tərtibatçıları “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonların yeni reytinqini dərc edib. Söhbət Çində əlçatan olan smartfonlardan gedir.

“Google” daha bir xidmətinin işini dayandırıb

2 Aprel 2019 10:11

“Google” korporasiyası “URL Shortener” xidmətinin fəaliyyətini rəsmən dayandırıb. Bu xidmət qısa linklər yaratmağa və bundan başqa həmin linklər üzrə keçidlərin sayını hesablamağa imkan verirdi.   “Google URL Shortener” xidməti 2009-cu ildə istifadəyə verilmişdi. 2018-ci ildə xidmət yeni istifadəçilər üçün əlçatmaz idi, indi isə fəaliyyəti dayandırılıb.

Dünyada ilk dəfə cərrah internet vasitəsilə beyin əməliyyatı edib

27 Mart 2019 10:25

Çinin Sanyan şəhərində dünyada ilk dəfə xəstədən 3 min km uzaqda olan cərrah xəstənin beyninə çip quraşdırmağa nail olub.

“Google Inbox” poçt xidməti  bağlanacaq

21 Mart 2019 10:47

"Google" şirkətinin "Inbox" poçt xidmətinin fəaliyyətini dayandırması xəbəri hələ ötən ilin payızında məlum idi. O vaxt məlumat verilmişdi ki, sözügedən xidmətin işi 2019-cu ilin martında dayandırılacaq, ancaq "Google" bu müddəti bir qədər uzadıb.

“iPad Air” və “iPad Mini” planşetləri nümayiş edilib

19 Mart 2019 09:58

“Apple” şirkəti “iPad Air” və “iPad Mini” planşetlərinin yeni modellərini təqdim edib. Bu barədə şirkətin saytında deyilir. Yenilənmiş “iPad Air” 10,5 düym diaqonallı (26,6 sm) “Retina” ekran, sonuncu nəsil “A12 Bionic” prosessor və displeydə təsviri istənilən şəraitdə gözlər üçün daha təbii və rahat göstərməyə imkan verən “True Tone” texnologiyalı yeni ekranla təchiz edilib.

Fişinq hücumlarının sayı 2 dəfə yüksəlib

18 Mart 2019 10:22

"Kasperski Laboratoriyası"nın məlumatına görə, 2018-ci ilin yekununa görə dünyada fişinq hücumlarının sayı təxminən 500 milyon olub. 2017-ci illə müqayisədə bu göstərici 2 dəfə yüksəlib.

Bakıda Dron Olimpiadası keçiriləcək

18 Mart 2019 10:13

Cari il mart ayının 30-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və “RoboPark”-ın tərəfdaşlığı ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən Sabis Sun Beynəlxalq Məktəbində Dron Olimpiadası keçiriləcək.  

“Facebook” servislərində qlobal nasazlıq olub

15 Mart 2019 13:09

Martın 13-də “Facebook” servislərində qlobal nasazlıq yaranıb. Bu barədə populyar internet saytlarının fəaliyyətini izləyən “Downdetector” resursunun məlumatında deyilir. “Facebook” sosial şəbəkəsinin işində problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə saat 11:56-da qeydə alınıb, “Instagram” servisində isə saat 12:01-də başlayıb. İstifadəçilər sosial şəbəkə saytlarına daxil olmaq imkanından məhrum olmaqdan, məlumatlar lentinin yenilənməsi ilə bağlı problemlərdən, eləcə də fərdi məlumatlarda faylların göndərilməsi zamanı nasazlıqlardan şikayət ediblər.

“Google”un əməkdaşı Pi ədədinin hesablanması üzrə dünya rekorduna imza atıb

15 Mart 2019 10:16

ABŞ-ın “Google” şirkətinin əməkdaşı Pi ədədinin hesablanması üzrə dəqiqliyə görə rekorda imza atıb. Məlumat üçün bildirək ki, Pi ədədi dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəmdir. Bu haqda “Cloud.google.com” saytında məlumat verilib.

Genişzolaqlı internet abunəçilərinin sayı 1 milyardı ötüb

14 Mart 2019 10:41

“Point Topic” şirkətinin araşdırmasına görə, 2025-ci ilədək dünyada sabit genişzolaqlı internet abunəçilərinin sayı 1,2 milyarda yaxınlaşacaq. İndi bu göstərici 1 milyarddır.

“WhatsApp” da yeni funksiya

14 Mart 2019 09:54

Populyar “WhatsApp” messencerində istifadəyə veriləcək yeni funksiya istifadəçilərə şəkillərin həqiqiliyini yoxlamağa imkan verəcək. Bu haqda “Engadget” portalı yazıb.