"Microsoft” Edge brauzerinin ilk sınaq versiyasını həyata keçirib

“Microsoft” Chromium açıq mənbə mühərriki üzərində qurulan Edge brauzerinin ilk ictimai yığmalarını nəşr edib.

"Microsoft" Chromium açıq mənbə mühərriki üzərində qurulan Edge brauzerinin ilk ictimai yığmalarını nəşr edib. 

Olaylar.az bildirir ki, yeni Edge brauzerinin dizaynı, köhnə brauzer və "Chrome"un qarışığına bənzəyir.

Hələ ki, Edge brauzerində funksiyaların yalnız bir hissəsi işləyir. İşləməyən funksiyalara PDF formatının dəstəklənməsi, səhifələrdə rəsm çəkmə və Android üçün Edge aid etmək olar. 

"Microsoft" köhnə Edge brauzerini yeniləmə vasitəsilə dəyişəcək.

"Microsoft" hesab edir ki, Brauzerin "Chromium"a keçməsi ilə istifadəçilərin sinxronizasiya ilə bağlı bir sıra problemləri həll olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31