“WhatsApp”da yenilik - “feyk” mesajların yayılmasının qarşısı alınacaq
Bir neçə dəfə göndərilmiş mesaj qruplarda göstərilməyəcək. Bu, “feyk” mesajların yayılmasını çətinləşdirəcək. Güman ki, “WhatsApp” tez-tez göndərilən mesajları gizlətmək imkanını əlçatan edəcək. Bu haqda “WABetainfo” nəşri məlumat yayıb. Sözügedən funksiya proqramın beta-versiyasında aşkar edilib.
9 Aprel 2019 10:14 İKTBir neçə dəfə göndərilmiş mesaj qruplarda göstərilməyəcək. Bu, "feyk" mesajların yayılmasını çətinləşdirəcək. Güman ki, "WhatsApp" tez-tez göndərilən mesajları gizlətmək imkanını əlçatan edəcək. Bu haqda "WABetainfo" nəşri məlumat yayıb. Sözügedən funksiya proqramın beta-versiyasında aşkar edilib.
Tərtibatçılar bu yolla "feyk" mesajların yayılması ilə mübarizə aparırlar. Əlbəttə, hakerlər mətni köçürərək müxtəlif qrup və müxtəlif insanlara göndərə bilərlər, amma bu, məsələni çətinləşdirəcək.