İdman
Gənc güləşçilərimiz dünya çempionatında iştirak edəcək
30 avqust - 4 sentyabr tarixlərində Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçiriləcək.
"Qəbələ" uduzsa da, qrup mərhələsinə yüksəldi!
"Mançester Yunayted"dən Şvaynştaygerlə bağlı yeni qərar
"Mançester Yunayted" futbolçusu Bastian Şvaynştaygeri pulsuz satmağa hazırdır.
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır
Bu gün futbol üzrə Çempionlar Liqasında 2016-2017 mövsümü üçün qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, Monakoda təşkil olunacaq tədbirdə 8 qrupun tərkibi müəyyənləşəcək.
"Barselona" fanatı "Real"ı ələ saldı
İspaniyada primeranın yeni mövsümü başlanıb. Madridin "Real" klubu isə mövsümlə bağlı üçüncü dəst formanın dizaynını müəyyənləşdirməyə çalışır.
Rusiyanın bütün olimpiya medalçılarına avtomobillər paylanılacaq
Rusiya milli komandasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qalib və mükafatçı olan idmançılar təkcə pul mükafatları almayacaqlar. "Report"un "R-Sport"a istinadən verdiyi məlumata görə, qonşu ölkə medalçılarının hamısına ağ "BMW" hədiyyə olunacaq.
Ronaldu: "Pepe "Avro-2016"nın ən yaxşısı seçilməli idi"
Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştianu Ronaldu komanda yoldaşı Pepeni tərifləyib.
Avropa Liqasında qrup mərhələsinin iştirakçıları bu gün müəyyənləşəcək
“Qalatasaray”ın daha üç keçmiş futbolçusunun həbsinə sanksiya verilib
İstanbul Cümhuriyyət Baş Prokurorluğu Hakan Şükürdən sonra “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu – Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin yaxalanması haqqında sanksiya verib.
Arsen Vengerin Azərbaycanda bəyəndiyi futbolçu
"Arsenal" istedadlı gəncləri heyətinə qatmaqda davam edir.
Paralimpiyaçılarımız əlavə 3 lisenziya əldə ediblər
Rusiya idmançılarının “Rio-2016” Paralimpiya Oyunlarından kənarlaşdırılması Azərbaycana əlavə lisenziyalar qazandırıb. SİA-nın məlumatına görə, Paralimpiya Komitəsindən bildirilib ki, daha 3 paralimpiyaçımız Braziliyaya yola düşəcək. Belə ki, İdman Arbitraj Məhkəməsinin Rusiyanın əleyhinə çıxardığı qərardan sonra Beynəlxalq Paralimpiya Komitəsi onların 267 lisenziyasını digər ölkələr arasında bölüb.
Hacı Əliyev: "Olimpiya Oyunlarının hər bir medalı qiymətlidir”
"Mən və komanda yoldaşlarım əlimizdən gələni etdik. Sevinirəm ki, əvvəlki Olimpiya Oyunları ilə müqayisədə daha çox medal qazandıq. Bu 18 medal ölkəmizdə idmana və idmançılara göstərilən hərtərəfli qayğının bəhrəsidir". SİA-nın məlumatına görə, bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı - Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.
Advokaat 4 yeni oyunçu istəyir
Ötən gün "Fənərbağça" rəhbərliyi və baş məşqçi Dik Advokaat arasında görüş baş tutub.
Lorenzo Sotomayor: "Azərbaycan bayrağını Rioda dalğalandırmaq qürurverici idi"
“Azərbaycanın boks tarixində ilkə imza ataraq Olimpiya Oyunlarının finalına yüksəldim. Ancaq həlledici görüşdə hakimlərin haqsızlığı ilə üzləşdim”. SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Lorenzo Sotomayor jurnalistlərə açıqlamasında deyib.
Xetaq Qazyumov: "Finalda taktiki səhvə yol verdim"
"Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir".SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Xetaq Qazyumov jurnalistlərə açıqlamasında deyib.














