"Mançester Yunayted"dən Şvaynştaygerlə bağlı yeni qərar

"Mançester Yunayted" futbolçusu Bastian Şvaynştaygeri pulsuz satmağa hazırdır.

"Mançester Yunayted" futbolçusu Bastian Şvaynştaygeri pulsuz satmağa hazırdır.

Qol.az xəbər verir ki, Joze Mourinyonun baş məşqçi təyin edilməsindən sonra əvəzedici heyətə göndərilən alman yarımmüdafiəçi üçün "MY" göndərilən təklifləri qəbul etməyi düşünür. B.Şvaynştaygerə həftədə 140 min funt-sterlinq ödəyən "MY" bu məbləği verməmək üçün 32 yaşlı oyunçunu pulsuz satmağa qərar verib.

Qeyd edək ki, B.Şvaynştaygerin Qətər və ya Birləşmiş Ərəb Əmirliyinin klublarından birinə keçəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31