Gənc güləşçilərimiz dünya çempionatında iştirak edəcək
30 avqust - 4 sentyabr tarixlərində Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçiriləcək.
26 Avqust 2016 12:21 İdman30 avqust - 4 sentyabr tarixlərində Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək. Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilob (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcək. Gənc qızların yarışında 4 güləşçimiz mübarizə aparacaq. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Qızlarımız sentyabrın 1-2-də yarışacaq. Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev ölkəmizi təmsil edəcək.