Arsen Vengerin Azərbaycanda bəyəndiyi futbolçu

"Arsenal" istedadlı gəncləri heyətinə qatmaqda davam edir.

"Arsenal" istedadlı gəncləri heyətinə qatmaqda davam edir.

Apasport.az bildirir ki, "topçular" 20 yaşlı Robert Samuel Holdinqdən sonra daha bir müdafiəçiyə "elçi düşüblər".

London klubunun hədəfindəki futbolçu portuqaliyalı Ruben Vinaqredir. Bu il U-17-lər arasında Bakıda keçirilmiş Avropa çempionatında Portuqaliya yığmasının formasını geyinmiş sol cinah oyunçusu ilə "Arsenal"la yanaşı, "Mançester Siti" və "Tottenhem" də maraqlanır.
 
Ancaq bu mübarizədə "qırmızı-ağlar" daha şanslı görünürlər. Elə "Arsenal"ın baş məşqçisi Arsen Venger də yerli mətbuata açıqlamasında "Monako"nun ötən il akademiyasına cəlb etdiyi Vinaqrenin çıxışını qitə birinciliyində bəyəndiyini söyləyib: "Azərbaycanda keçirilən Avropa çempionatında onun oyununu bəyənmişdim. Vinaqre skautlarımızın həmin turnirdə diqqətini çəkən bir neçə oyunçudan biridir. Gələcəyi parlaq görünən futbolçudur. Məncə, o, hansı kluba keçsə, gələcəkdə ona böyük faydası dəyəcək".
 
Qeyd edək ki, Portuqaliyanın U-17 yığması Bakıdakı Avropa çempionatının finalında İspaniyanı oyunsonrası penaltilərlə məğlub edərək Avropa çempionu olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31