"Barselona" fanatı "Real"ı ələ saldı

İspaniyada primeranın yeni mövsümü başlanıb. Madridin "Real" klubu isə mövsümlə bağlı üçüncü dəst formanın dizaynını müəyyənləşdirməyə çalışır.

İspaniyada primeranın yeni mövsümü başlanıb. Madridin "Real" klubu isə mövsümlə bağlı üçüncü dəst formanın dizaynını müəyyənləşdirməyə çalışır.
Mundo Deportivo  bildirir ki, klubun forma "təchizatçısı" olan "Adidas" şirkəti "kral klubu" üçün ən yaxşı futbolka dizaynı ilə bağlı müsabiqə elan edib.
"Real"ın əzəli rəqibi "Barselona" fanatlarından biri Madrid komandasını ələ salmaq qərarına gəlib. O, "Real" üçün "Barsa"nın futbolkasına çox bənzəyən variant təklif edib. O, futbolkada "Barselona"nın emblemi olan yerdə "Real"ın loqotipini də yerləşdirib.
Madrid "Atletiko"sunun fanatlarından biri də oxşar variant təklif edib: o, "Real"ın futbolkasını "Atletiko" stilində "hazırlayıb".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31