İdman
"Mən elə əvvəlki Patimatam"
Olaylar.az Azərbaycan millisinin taekvondoçusu, Rio Olimpiadasının bürünc medalçısı Patimat Abakarovanın apasport.az-a müsahibəsini təqdim edir:
Almaniya mətbuatı: "Xoşbəxtlikdən, Azərbaycanla oynamırıq"
Dünya futbolunun nəhənglərindən sayılan Almaniyada yeni komanda yaradılır. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, bu ölkədə futzal üzrə milli komanda formalaşdırılır.
Millimizin rəqibləri müəyyənləşdi
Lüksemburqda voleybol üzrə 2018-ci il dünya çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan qadın və kişilərdən ibarət milli komandalarının rəqibləri müəyyənləşib.
"Qəbələ"nin futbolçusunun burnu sındı
Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"la bərabərə (2:2) qalan "Qəbələ"nin daha bir futbolçusu sıradan çıxıb.
Qvardioladan antirekord
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın yeni klubunda işləri yaxşı getmir. Qol.az xəbər verir ki, son olaraq İngiltərə liqa kubokunda "Mançester Yunayted"ə uduzan Qvardiolanın komandası qalib gələ bilmədiyi oyunların sayını 6-ya yüksəldib.
Azarkeşlər “Neftçi”ni hədələdi: “Oyun satanın başını kəsərik” – GİZLİ ÇƏKİLİŞ
Qadın güləşçilərimiz Ukraynadan qızıl medulla qayıdıb
Ukraynanın Xmelniski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə 2-ci açıq Respublika turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak edib. Güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 60 kq-da mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub. Bürünc medalları isə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) əldə edib. Xatırladaq ki, Ukraynanın əməkdar məşqçisi Vladimir Stadnik qadın yığmamızın kapitanı, Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı, Dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin Olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.
"Qəbələ"nin futbolçusunun burnu sındı
Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"la bərabərə (2:2) qalan "Qəbələ"nin daha bir futbolçusu sıradan çıxıb.
Linz şəhərində karateçilərin dünya çempionatının finalına yüksəliblər
Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində karateçilərin dünya çempionatının finalına yüksəliblər.
Prosineçki: "Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil"
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çıxışını dəyərləndirib. Goal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis futbolçularından və Almaniya millisi ilə qarşılaşma barədə fikirlərini bölüşüb:
Ramil Şeydayev əsas heyətdə
Bu gün futbol üzrə Türkiyə Kuboku turnirində III mərhələnin oyunları keçiriləcək. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" səfərdə "Çorum Bələdiyyəspor" komandası ilə qarşılaşacaq.
Azarkeşə hücum edən "Neftçi"nin legioneri məşqlərdən uzaqlaşdırıldı
Oktyabrın 25-də Bakıda "Neftçi" - "Qarabağ" oyunundan sonra stadionda azarkeşə hücum edən rumıniyalı hücumçu Katalin Tira "Neftçi" komandasının məşqlərindən kənarlaşdırılıb.
“Milan” uduzdu, “Fiorentina” autsayderə qarşı
İtaliya A seriyasında X tura start verilib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, son turda "Yuventus"u məğlub edən (1:0) "Milan" səfərdə "Cenoa"yla qarşılaşıb. "Rossonyerilər" bu oyunda gözlənilmədən böyük hesabla uduzublar - 0:3.
"Neftçi"də yeni icraçı direktor
"Neftçi" PFK inzibati heyət və kadr siyasətinin optimallaşdırılması ilə bağlı qərar qəbul edib. Klubdan Milli.Az-a verilən məlumata görə, qərara görə, Orxan Hüseynzadə icraçı direktor vəzifəsinə təyin olunub. Hüsenyzadə həmçinin idman direktoru vəzifəsini də yerinə yetirəcək. İcraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsinə isə Elnur Eyvazov təyin edilib.














