Azarkeşlər “Neftçi”ni hədələdi: “Oyun satanın başını kəsərik” – GİZLİ ÇƏKİLİŞ

 

Neftçi"nin uğursuz nəticələri komandanın azarkeşlərini bezdirib.

Publika.az xəbər verir ki, bakılıları dəstəkləyən bir qrup azarkeş bu səbəbdən 4 gün əvvəl klubun bazasına yollanaraq komanda üzvləri ilə görüşüblər.

Görüş zamanı fan-klub üzvləri futbolçulara iradlarını bildiriblər. Onlar hazırkı uğursuzluğun "Neftçi"yə yaraşmadığını, "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətin qruplaşma nəticəsində qeydə alındığını söyləyiblər. Azarkeşlər belə halın qeydə alındığını, oyun satdıqlarını bilsələr, həmin futbolçuların başını kəsəcəklərini qeyd ediblər. (futbol11.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31