İdman
"El Klasiko"nun saatı açıqlandı
Bütün dünyanın maraqla gözlədiyi "Barselona" - "Real" matçının başlama vaxtı müəyyənləşib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, dekabrın 3-də XIV tur çərçivəsində "Kamp Nou" stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 19:15-də veriləcək.
Millimizin rəqibi üçün yeni məşqçi
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının məşqçilər korpusunda dəyişiklik olub. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, Bundestimin rəhbərliyində yeni sima peyda olub.
Yığmalarımızın macəraları: 4 komanda, eyni tale
Aşağı yaş qrupları üzrə Avropa çempionatlarında seçmə mərhələlər başa çatıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, 17 və 19 yaşadək oğlan və qızların yarışlarında Azərbaycan milli komandaları da iştirak edib.
"Neftçi" klubuna 3 yeni futbolçu cəlb olunacaq
"Neftçi" klubunda əvəzedici heyətə göndərilmiş futbolçuların əvəzinə yeni oyunçular cəlb olunacaq.
Mourinyoya görə pul yığırlar
"Mançester Yunayted"in bir qrup azarkeşi Joze Mourinyo əleyhinə aksiya üçün pul yığır. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, azarkeşlər "Mourinho out" banneri daşıyacaq təyyarə icarəyə götürmək istəyirlər. Bu təyyarə "Yunayted"in qarşıdakı ev oyununda "Old Trafford" üzərində uçurulacaq. İki il öncə klubun azarkeşləri oxşar aksiyanı Devid Moyesə qarşı da təşkil etmişdilər. Nəticədə şotland mütəxəssis mövsümün sonuna bir neçə oyun qalmış vəzifəsindən azad edilmişdi. Hazırda aktivində 15 xal olan "manikunianlar" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıblar.
Leonardo "İnter" üçün ən real namizəddir
"İnter"in eks-çalışdırıcısı Leonardo yenidən Milan klubunun sükanı arxasına keçə bilər. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, braziliyalı mütəxəssis taleyinə "Crotone" ilə oyundan sonra aydınlıq gələcək baş məşqçi Frank de Burun postunu tutmağa ən real namizəddir. Leonardo 2010-11-ci illərdə "İnter"ə A Seriyasında ikinci yer və İtaliya Kubokunu qazandırmışdı. Daha sonra PSG-də idman direktoru vəzifəsində çalışan 47 yaşlı mütəxəssis hazırda işsizdir. Bundan başqa, "nerazzurri"nin Andrea Mandorlini, Françesko Qvidolin və Stefano Pioli ilə danışıqlar apardığı deyilir.
Neymar tuneldə dalaşdı
"Barselona"nın hücumçusu Neymar "Qranada"nın müdafiəçisi Ruben Vezo ilə əlbəyaxa olub.
Güləşçilərimiz Dağıstandan 4 medalla qayıdıb
Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 4 bürünc medala sahib olub. Yığmamızı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb. 65 kq-da mübarizə aparan Davud İbrahimov isə 5-ci yerdə qərarlaşıb.
Gənclər üçün seminar keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub. Seminarda 80-ə yaxın gənc iştirak edib.
"Neftçi" klubuna 3 yeni futbolçu cəlb olunacaq
"Neftçi" klubunda əvəzedici heyətə göndərilmiş futbolçuların əvəzinə yeni oyunçular cəlb olunacaq. Olaylar.az bildirir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
Karateçilərimiz dünya çempionatında 3 medal qazandılar
Avstriyanın Lints şəhərində keçirilən 24-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurublar.
"Neftçi" niyə darmadağın edildi...
"Qalatasaray" köçür
Türkiyənin "Qalatasaray" klubu komandanın təlim-məşq bazası olan "Florya Mətin Oktay Təsisləri"ndən köçəcək.
200 azarkeşə ömürlük qadağa
"Vest Hem Yunayted" İngiltərə Liqa Kubokunda "Çelsi" ilə oyunda (2:1) qarışıqlıqda iştirak edən azarkeşlərə qarşı sərt tədbirlər görmək fikrindədir.
Sərbəst güləşçilərimiz Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışacaq
29-30 oktyabr tarixlərində Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək.














