Almaniya yığmasının hücumçusu karyerasını başa vurub

Dünya çempionatları tarixinin ən yaxşı bombardiri, Almaniya milli komandasının hücumçusu Miroslav Kloze futbolçu karyerasını başa vurduğunu bəyan edib.  "Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı M.Kloze futbolçu məşqçi karyerasına başlamaq üçün fərdi hazırlıq proqramı üzrə dərslərə qatılacaq.

Dünya çempionatları tarixinin ən yaxşı bombardiri, Almaniya milli komandasının hücumçusu Miroslav Kloze futbolçu karyerasını başa vurduğunu bəyan edib. 

"Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı M.Kloze futbolçu məşqçi karyerasına başlamaq üçün fərdi hazırlıq proqramı üzrə dərslərə qatılacaq.

Bu, yığmanın baş məşqçisi Yoahim Löv və idman direktoru Hans-Diterlə razılıq əsasında gerçəkləşəcək. O, elə indidən komandanın məşqçilər heyətinin üzvünə çevriləcək.

Qeyd edək ki, Miroslav Kloze Almaniya yığmasında 137 oyun keçirib, 2014-cü ildə dünya çempionu, 2002-ci ildə gümüş mükafatçı olub. O, 71 qolla Bundestim, 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub. Kloze Almaniyanın "Hanburq", "Kayzerslautern", "Verder" və "Bavariya", həmçinin, İtaliyanın "Latsio" klubunda çıxış edib. Almaniya yığması DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb.  Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31