İdman

"Neftçi" klubuna 3 yeni futbolçu cəlb olunacaq

31 Oktyabr 2016 18:55

"Neftçi" klubunda əvəzedici heyətə göndərilmiş futbolçuların əvəzinə yeni oyunçular cəlb olunacaq.

Mourinyoya görə pul yığırlar

31 Oktyabr 2016 18:38

"Mançester Yunayted"in bir qrup azarkeşi Joze Mourinyo əleyhinə aksiya üçün pul yığır. Olaylar.az goal.az-a istinadən xəbər verir ki,  azarkeşlər "Mourinho out" banneri daşıyacaq təyyarə icarəyə götürmək istəyirlər. Bu təyyarə "Yunayted"in qarşıdakı ev oyununda "Old Trafford" üzərində uçurulacaq. İki il öncə klubun azarkeşləri oxşar aksiyanı Devid Moyesə qarşı da təşkil etmişdilər. Nəticədə şotland mütəxəssis mövsümün sonuna bir neçə oyun qalmış vəzifəsindən azad edilmişdi. Hazırda aktivində 15 xal olan "manikunianlar" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıblar. 

Leonardo "İnter" üçün ən real namizəddir

31 Oktyabr 2016 18:37

"İnter"in eks-çalışdırıcısı Leonardo yenidən Milan klubunun sükanı arxasına keçə bilər. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, braziliyalı mütəxəssis taleyinə "Crotone" ilə oyundan sonra aydınlıq gələcək baş məşqçi Frank de Burun postunu tutmağa ən real namizəddir. Leonardo 2010-11-ci illərdə "İnter"ə A Seriyasında ikinci yer və İtaliya Kubokunu qazandırmışdı. Daha sonra PSG-də idman direktoru vəzifəsində çalışan 47 yaşlı mütəxəssis hazırda işsizdir. Bundan başqa, "nerazzurri"nin Andrea Mandorlini, Françesko Qvidolin və Stefano Pioli ilə danışıqlar apardığı deyilir. 

Neymar tuneldə dalaşdı

31 Oktyabr 2016 17:17

"Barselona"nın hücumçusu Neymar "Qranada"nın müdafiəçisi Ruben Vezo ilə əlbəyaxa olub.

Güləşçilərimiz Dağıstandan 4 medalla qayıdıb

31 Oktyabr 2016 15:45

Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 4 bürünc medala sahib olub. Yığmamızı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb. 65 kq-da mübarizə aparan Davud İbrahimov isə 5-ci yerdə qərarlaşıb.

Gənclər üçün seminar keçirilib

31 Oktyabr 2016 15:17

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub. Seminarda 80-ə yaxın gənc iştirak edib.

"Neftçi" klubuna 3 yeni futbolçu cəlb olunacaq

31 Oktyabr 2016 13:10

"Neftçi" klubunda əvəzedici heyətə göndərilmiş futbolçuların əvəzinə yeni oyunçular cəlb olunacaq. Olaylar.az bildirir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.

Karateçilərimiz dünya çempionatında 3 medal qazandılar

31 Oktyabr 2016 11:46

Avstriyanın Lints şəhərində keçirilən 24-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurublar.

"Qalatasaray" köçür

28 Oktyabr 2016 19:00

Türkiyənin "Qalatasaray" klubu komandanın təlim-məşq bazası olan "Florya Mətin Oktay Təsisləri"ndən köçəcək.

200 azarkeşə ömürlük qadağa

28 Oktyabr 2016 16:52

"Vest Hem Yunayted" İngiltərə Liqa Kubokunda "Çelsi" ilə oyunda (2:1) qarışıqlıqda iştirak edən azarkeşlərə qarşı sərt tədbirlər görmək fikrindədir.

Sərbəst güləşçilərimiz Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışacaq

28 Oktyabr 2016 13:13

29-30 oktyabr tarixlərində Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək.

"Mən elə əvvəlki Patimatam"

28 Oktyabr 2016 12:45

Olaylar.az Azərbaycan millisinin taekvondoçusu, Rio Olimpiadasının bürünc medalçısı Patimat Abakarovanın apasport.az-a müsahibəsini təqdim edir:

Almaniya mətbuatı: "Xoşbəxtlikdən, Azərbaycanla oynamırıq"

28 Oktyabr 2016 12:37

Dünya futbolunun nəhənglərindən sayılan Almaniyada yeni komanda yaradılır. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, bu ölkədə futzal üzrə milli komanda formalaşdırılır.

Millimizin rəqibləri müəyyənləşdi

27 Oktyabr 2016 18:55

Lüksemburqda voleybol üzrə 2018-ci il dünya çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan qadın və kişilərdən ibarət milli komandalarının rəqibləri müəyyənləşib.